EN

Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ – Cəbhədə SON VƏZİYYƏT

Rusiya ordusu Ukraynada yeni əraziləri ələ keçirməyə çalışsa da, Ukrayna Müdafiə Qüvvələri güclü müqavimət göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.

Belə ki, Ukrayna hərbçiləri bir neçə istiqamətdə xüsusilə də Pokrovsk bölgəsində irəliləyiş əldə ediblər.

Məlumata görə, Ukrayna ordusu Sumi vilayətində irəliləyib. 25 avqustda dərc olunan geolokasiya kadrları Müdafiə Qüvvələrinin Bessalovka (Suminin şimal-qərbi) ərazisində mövqelərini genişləndirdiyini təsdiqləyir.

Rusiya qoşunları həmin gün Xarkov vilayətinin şimalında hücumu davam etdirsə də, uğur qazana bilməyib. Onların Velikiy Burluk istiqamətində irəliləməsi qeydə alınmayıb.

Kupyansk istiqamətində Rusiya ordusu müəyyən uğurlar əldə etsə də, Borovaya istiqamətində hücumları nəticəsiz qalıb.

Liman bölgəsində hər iki tərəf müəyyən uğurlara imza atıb. 25 avqustda yayılan məlumatlara əsasən, Ukrayna hərbçiləri Novomixaylovkanın (Limanın şimalı) şərq hissəsində bayraq qaldırıblar, bu da yaşayış məntəqəsinin azad edildiyini göstərir. Bundan əlavə, Ukrayna ordusu böyük ehtimalla Novıy Mir kəndini də (Novomixaylovkanın şimal-qərbi) azad edib.

Seversk və Çasov Yar istiqamətlərində rusların hücumları nəticəsiz qalıb.

Toretsk istiqamətində isə Rusiya müəyyən irəliləyiş əldə edib – yayılan kadrlar onların Belaya Qora kəndinin şimal-şərqində və Aleksandro-Şultinonun cənubunda irəlilədiyini göstərir.

Ukrayna ordusu Pokrovsk istiqamətində də uğur qazanıb. 24 avqustda çəkilmiş görüntülər hərbçilərin Pokrovskun cənubunda, Leontoviçi kəndinin şimal kənarında və digər yaşayış məntəqəsinin şimal-şərqində irəlilədiyini təsdiqləyir.

Rusiya ordusu Novopavlovka istiqamətində də irəliləyiş əldə edib. Geolokasiya kadrlarına görə, onlar Yalta və Filya kəndlərinin müəyyən hissəsini nəzarətə götürüblər.

Bundan başqa, rus qüvvələri Velikomixaylovka yaxınlığında da müəyyən mövqelər əldə edib. 25 avqust məlumatlarına əsasən, onlar Voronoye kəndinin mərkəzinə qədər irəliləyib, həmçinin Zaporojskoye yaşayış məntəqəsini də ələ keçirə biliblər.

Zaporojye vilayətinin şərqində rusların hücumları uğursuz olub. Qərbdə isə müəyyən irəliləyiş qeydə alınıb – rus qüvvələri Pridneprovsk dəmir yolu boyunca, Orehovun şimal-qərbində yerləşən Primorsk istiqamətində irəliləyiblər.

Xerson istiqamətində isə Rusiya ordusunun hücumları nəticəsiz qalıb.

Ukrayna Baş Qərargahının məlumatına görə, son sutkada cəbhə xəttində 136 döyüş toqquşması qeydə alınıb. Ən gərgin vəziyyət Pokrovsk istiqamətindədir – burada 43 hücum cəhdi olub. Ukrayna hərbçiləri hücumları dəf edərək Rusiya qüvvələrinə ciddi itkilər verdiriblər.

Bizim.Media

Chosen
14
2
bizim.media

3Sources