EN

Ukraynadan uğurlu həmlə: Rusiya ordusu geri çəkildi

Rusiya hərbi komandanlığı Ukraynanın Donetsk vilayətinjin Dobropilya şəhəri istiqamətində sıçrayışdan istifadə etmək cəhdlərindən əl çəkərək, qüvvələrini başqa istiqamətlərə yönəldib.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusunun bu zonada son irəliləyişləri göstərir ki, Rusiya qoşunlarının infiltrasiya taktikası iflasa uğrayıb və onlar yerdə güclü müdafiə mövqeləri yarada bilməyiblər.

Analitiklər qeyd ediblər ki, rusiyalı təbliğatçılar son günlər Dobropilya bölgəsindəki sıçrayışla bağlı reportajları əhəmiyyətli dərəcədə azaldıb və Pokrovskla bağlı informasiya kampaniyasına başlayıblar.

“Bu, bir daha göstÉ™rir ki, Rusiya qoÅŸunları möhkÉ™m dayana vÉ™ irÉ™lilÉ™yiÅŸ É™ldÉ™ edÉ™ bilmÉ™yiblÉ™r vÉ™ onlar diqqÉ™tlÉ™rini birbaÅŸa Pokrovska yönÉ™ldirlÉ™r”, ISW vurÄŸulayıb.

Təhlilçilərə görə, Rusiyanın Pokrovsk istiqamətindəki cəbhə boyu infiltrasiya taktikası və aşağı canlı qüvvə sıxlığı ruslara müvəqqəti olaraq Dobropilyanın şərq və cənub-şərqində məhdud taktiki manevr həyata keçirməyə imkan verib. Amma Rusiyanın sıçrayış zonasında fəaliyyət göstərən bölmələri dəstəkləmək və gücləndirmək üçün maddi-texniki baza qura bilməməsi işğal zolağını genişləndirməyə imkan verməyib.

 

(Teleqraf)

Chosen
5
1
moderator.az

2Sources