EN

Təcili yardım köməyə gəldi, körpə evdə doğuldu - Foto

Quba rayonunun Qalayxudat kəndi ərazisində 40 həftəlik hamilənin doğuş prosesi tibbi yardım briqadası tərəfindən evdə icra olunub.

Sitat.info  xəbər verir ki, doğuşun başlaması ilə bağlı avqustun 26-sı, saat 06:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Çağırış ünvanına Xınalıq təcili tibbi yardım briqadası cəlb edilib. Çəkisi 2 kq. 800 qram olan (qız) körpə doğulub.

Daha sonra təcili tibbi yardım briqadası tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb. 

Hazırda ananın və körpənin müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Chosen
52
11
sitat.info

10Sources