EN

“Rəqibin daha çox riskə gedəcəyini düşünürük” – Qurban Qurbanov

“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək öz yerində, özün düşüncəsi, qabiliyyəti öz yerində…Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı matçda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Bizə meydanda düzgün yerləşməyə imkan vermirlər. Rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranraq, yaxşı nəticə üçün əlimizdən gələni edək”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab matçından öncə keçirilmiş mətbuat konfransında deyib.

– “Ferentsvaroş”un gücünü nəzərə alsaq, sabah “Qarabağ” daha çox nəticəyə hesablanmış oyun sərgiləyəcək?

– Bizim nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi nə məndə, nə futbolçularda var. Sadəcə  meydanda bizə lazım olanı etməyə çalışacağıq. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz  futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mənim daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizim hansı problem  gözləyir, bunu öncədən deyə bilmərəm.

– Psixoloji tərəfdən futbolçuları oyuna hazırlamaq çətin oldu?

– Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra hamı sanki bizi cütün qalibi kimi görür. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən vacib məsələlərdən biri psixoloji hazırlıqdır.  Bunu bacardığımızı düşünürəm.

– 8 il əvvəl ‘Kopenhagen’lə oyundan öncə daha inamlı və rahat idiniz, yoxsa indi?

– Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də var. Rahatçılığım yoxdur.

– Azarkeşlərə sözünüz var?

– Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.

– Nəriman Axundzadənin durumu nə yerdədir?

– Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.

– Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirərə, narahatçılığa əsas var?

– Mən tərəfdən narahatçılığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi…Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın Hakimlər Komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.

– “Ferentsvaroş” Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

– Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşıılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentailetdə idi. Robbi Kinin də hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlk güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımzıda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi olsaydı, meydandan qalib kimi ayrılmaq istəyirdi. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

– Kamilo Duranın “Qarabağ”a keçidi doğrudur?

– Var. Doğrudur.

Chosen
4
12
msport.az

10Sources