AZ

"Həddindən artıq soyuqqanlı olmalıyıq" - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

“Hamımız bu oyunun önəmini bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək, əzmkarlıq da öz yerində olmalıdır".

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib

O, səfərdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarının komandasını rahatlaşdırmayacağını bildirib: "Sabah çox yaxşı rəqiqə qarşı mübarizə aparacağıq.. İlk oyundakı nəricə bir az bizim üstünlüyümüzü göstrir. Amma qətiyyən buna arxayın olmamalıyıq. Rəqib də bizim üçün ağır rəqibdir. Hər halda "Ferensvaroş"un riskə gedəcəyini bilirik. Biz bunu da nəzərə almalıyıq. Çalışmalıyıq ki, sona qədər oyundan qopmayaq, soyuqqanlılığımı qoruyaq". 

-  Sabah “Qarabağ”ın daha çox qol buraxmamağı düşünəcəyini, sırf nəticə üçün oynayacağını gözləmək olarmı?

- Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza görə olub. Heç vaxt bundan əl çəkməmişik. Müdafiədən oynamaq düşüncəmiz yoxdur. Sabah bacardığımızı etməyə çalışacağıq. Bizim məqsədimiz həmişəki kimi baxımlı futbol oynamaqdır. Biz oyunu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Bizi hansı problem gözləyə bilər, bunu deyə bilmərəm. Sabah rəqibin hansı təzyiq göstərməsinə komanda hazır olmalıdır.

-  Psioxloji tərəfdən belə oyunlara futbolçuları hazırlamaq çətindirmi?

- Bu, ən vacib detallardan biridir. İlk oyundan sonra çoxları bizi qalib kimi görür. Mən futbolçularla daha çox bu yöndə danışıram. Ən birinci yerdə duran psixoloji hazırlıqdır. İnanıram ki, bu işi öhdəsindən gəlmişik və futbolçular da nə edəcəklərini bilirlər.

-  8 il əvvəl “Kopenhagen"lə görüşdən sonra Çempionlar Liqasının qrup mərhələsinə düşdünüz. Onda daha rahat idiniz, yoxsa indi? 

-  Məşqçilik karyerası elədir ki, rahatlıq mümkün deyil. Amma inam çox önəmlidir. O vaxt da inam var idi, indi də. Amma rahatlığımız yoxdur. 

- Azarkeşlərə sözünüz var?

- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də. Onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.

- Nəriman Axundzadənin durumu nə yerdədir?

- Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.

- Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirərə, narahatçılığa əsas var?

- Mən tərəfdən narahatçılığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.

- "Ferensvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

- Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivlərdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşıılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentailetdə idi. Robbi Kin kimi tanınmış futbolçunun isə hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hansısa fikir bildirsəm ki, əvvəlk güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımzıda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılmaq istəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

- Mətbuatda belə bir xəbər yayıldı ki, “Qarabağ”ın yeni transferi (Kamilo Duran - red.) bu gün Bakıya gələcək. Bu, doğrudur?

- Bəli, doğrudur.

Seçilən
3
12
teleqraf.com

10Mənbələr