EN

Bakıda kafe-restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub. Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

Missiya.Az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək - 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.

Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:

Chosen
26
6
missiya.az

10Sources