EN

"Komandanı 90 faiz komplektləşdirmişik" - İlham Yadullayev

Birinci Liqa təmsilçisi "Ordu" heyətini böyük ölçüdə komplektləşdirib.

Bunu Fanat.Az-a açıqlamasında "hərbçilər"in baş məşqçisi İlham Yadullayev deyib. 

49 yaşlı mütəxəssis yeni komandasının hazırlığı ilə bağlı bunları dilə gətirib: "Heyətin komplektləşdirilməsini 90 faiz yerinə yetirmişik. Bundan sonra komandaya 1-2 yeni oyunçu cəlb edə bilərik. 
Qəbələ toplanışı ərzində iki oyun keçirdik. Daha 3 sınaq matçı planlaşdırırıq. Avqustun 27-si, 30-u və sentyabrın 3-də oyun planlaşdırırıq. Sabahkı oyunda rəqib "Şimal" olacaq. Bu qarşılaşmalar sayəsində komandanın oyun dəst-xəttini müəyyənləşdirəcək, taktiki gedişləri sınayacağıq. Həm də xətlərarası əlaqə, anlaşma yoluna qoyulacaq. Bundan sonra çempionata nə qədər hazır olduğumuzu biləcəyik". 

Qeyd edək ki, "Ordu" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 6-cı yerdə başa vurub. Yayda komandada baş məşqçi dəyişikliyi reallaşıb. Növbəti mövsümə sentyabrın 11-də start veriləcək. "Hərbçilər" ilk turda debütant "Şahdağ Qusar" ilə qarşılaşacaq.

Mirağa

Chosen
7
1
fanat.az

2Sources