EN

Fransa hökumət böhranı ilə üz-üzə

Fransa Baş naziri Fransua Bayru, dövlət borclarını azaltmağı hədəfləyən 2026 büdcəsi öncəsində Milli Məclisdə etimad səsverməsi keçirəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Bayru bildirib ki, 8 sentyabrda keçiriləcək etimad səsverməsində hökumətinin 44 milyard avro qənaət təmin etməyi hədəfləyən xərclərin azaldılması planını millət vəkillərinin təsdiqləməsini istəyəcək.

Təcili təhlükə ilə üz-üzə olduqlarını vurğulayan Bayru deyib:

“Bunu həll etməliyik, əks halda gələcəyimiz olmayacaq”.

O, etimad səsverməsinin millət vəkillərinin bu təhlükənin ciddiliyini qəbul edib-etmədiklərini və həll yolunu dəstəkləyib-dəstəkləmədiklərini göstərəcəyini bildirib:

“Elə anlar olur ki, yalnız hesablanmış bir risk sizi daha böyük təhlükədən qoruyur. Bu, dövlətimizin mövcudluğu, millətimizin nüfuzu və hər bir ailənin gələcəyi üçün bir məsələdir”.

Fransanın “həlledici bir an” yaşadığını vurğulayan Bayru deyib:

“Əgər hökumət etimad səsverməsində əksəriyyəti əldə edərsə, yoluna davam edəcək. Lakin əksəriyyəti əldə edə bilməzsə, hökumət devriləcək”.

Chosen
3
1
cebheinfo.az

2Sources