EN

Bank kartlarından pullar belə oğurlanır - VİDEO

Kapital Bank hər kəsi diqqətli olmağa çağırır. Şəxsi məlumatların istənildiyi halda mütləq dayanıb düşünün, dəqiqləşdirin! Heç bir bank əməkdaşı müştərilərdən telefon zəngi, SMS və ya sosial şəbəkə üzərindən kart məlumatlarını və ya şifrələrini istəmir.


Ani diqqətsizlik hər kəsi kiberdələduzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi, rəqəmsal dünyada da özünü qorumalıdır.  Kiberdələduzlar öz niyyətlərini həyata keçirmək üçün hipnoz, yalan, manipulyasiya və psixoloji təzyiq kimi müxtəlif üsullardan istifadə edirlər. Buna görə də hər kəsin bu mövzuda məlumatlı və diqqətli olması, eləcə də ətrafındakı insanları xəbərdar etməsi olduqca vacibdir.

Dələduzluq halı ilə qarşılaşdığınızda və ya dələduzluq ehtimalından şübhələndiyiniz an müştərisi olduğunuz bankın qaynar xəttinə və ya hüquq mühafizə orqanlarına müraciət edin.


Chosen
7
1
manset.az

2Sources