Bakı, 26 avqust, AZƏRTAC
“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cario mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.