“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.


Rekord.az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.


Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.