EN

İspaniyada yetişən hücumçu Azərbaycanda parıldayacaq? - VİDEO

“O, Azərbaycanda mövsümün kəşfi ola bilər“.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan “Futbolumuz“ verlişinin daimi icmalçısı “İmişli“ ilə Premyer Liqada özünü göstərmək şansı əldə edən Vüsal Qənbərovdan danışıb.

Bildirib ki, 22 yaşlı hücumçu futbolun sirlərini “Marset”də öyrənib. Tanınmış teleşərhçi İspaniyada yetişən gənc forvardın debütantın oyununa rəng qatdığını söyləyib.

Onun dediyinə görə, Vüsal istedadlıdır və fərdi üstünlükləri çoxdur.

Qənbərovu bir müddətdir yaxından tanıdığını vurğulayan ekspertin fikrincə, “İmişli” düzgün seçim eləyib və ondan xeyli faydalana bilər. Çünki “Marset”in yetirməsi sürətli və əzmkardır, rəqabətə girməkdən çəkinmir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
20
sportinfo.az

1Sources