Pakistan Hindistanın sərhəddəki bənddən artıq suyu buraxmağı planlaşdırması ilə əlaqədar baş verə biləcək daşqın qurbanlarının qarşısını almaq məqsədilə ən azı 150 min nəfəri təxliyə edib.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təxliyə daşqın təhlükəsi olan çaylar boyunca yerləşən əraziləri əhatə edib.
"Pakistan daşqın təhlükəsi olan çaylar boyunca yerləşən ərazilərdən ən azı 150 min nəfəri təxliyə edib. Artıq suyun buraxılması Pakistanın Pəncab əyalətinin bir hissəsinin su altında qalması təhlükəsi yaradır, bu əyalət ölkənin əsas kənd təsərrüfatı mərkəzidir və onun ərzaq ehtiyatının böyük hissəsini təmin edir", - agentlik vurğulayır.