EN

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada 26 avqustun 26-da saat 15:00-dan etibarən II mərhələ seçimlərinə start verilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edək ki, II mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (//sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:

İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;
I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.
Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.

Chosen
10
29
azedu.az

10Sources