"İmişli" kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisi son olaraq Portuqaliyanın II Liqasında “Felqeyraş” klubunun şərəfini qoruyub.
Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.