EN

Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir - Baş nazir

Bakı. Trend:

Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasınıqoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yenimərhələyə yüksəldir.

Trend-inxəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuşxüsusi iclasında bildirib.

Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞəlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdaroldu:

“Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasıməqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerikadövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq vəstrateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş“Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonraməhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezidentİlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariztəsdiqidir.

Prezident İlham Əliyevin sözləri ilə desək “Bu gün Azərbaycanınxarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılıdeyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddifaizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik”. Ona görə dəPrezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bujest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqlaAmerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusimünasibətini əks etdirir.

Bununla yanaşı, səfər çərçivəsində SOCAR və “ExxonMobil”arasında əməkdaşlığa dair memorandumun imzalanması “Əsrinmüqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası çərçivəsindəbaşlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır”.

Chosen
36
10
az.trend.az

10Sources