EN

Təhlükəsizlik kəmərindəki kiçik düymə nədir?

Bu gün avtomobil səyahətini təhlükəsizlik kəmərləri olmadan təsəvvür etmək çətindir. Amma hələ yarım əsr əvvəl onların meydana çıxması skeptisizm dalğası doğurmuşdu. 1950-ci illərdə “Ford” markalı avtomobillərə kəmər quraşdırmağa başlayanda sürücülər gileylənirdilər. SSRİ-də vəziyyət oxşar idi. “Jiquli” və “Moskviç” sürücüləri sərt kəmərləri xatırlayırlar – bağlandıqdan sonra hətta irəli əyilməyə belə imkan vermirdi. Arxa oturacaqlarda kəmərlər isə o vaxt ümumiyyətlə mövcud deyildi.

Avtosfer.az xəbər verir ki, hər şey avtomatik dartıcıların tətbiqi ilə dəyişdi. Kuzov dirəyində gizlənən mexanizm meydana çıxdı. Onun sayəsində kəməri irəli əyilərək dartmaq olar, sonra isə o, səliqə ilə yerinə qayıdır. Toqquşma zamanı sistem dərhal işə düşür: kəmər sürətlə dartılır, bədəni oturacağa sıxır, bundan sonra hava yastıqları işə başlayır.

Amma bir detal var ki, əksəriyyət heç düşünmür. Kəmərin lentindəki kiçik plastik düymə təsadüfi deyil. Məhz o, kilidi çiyin səviyyəsində saxlayır və onun yerə sürüşməsinə imkan vermir. Buna görə də kəməri bağlamaq tez və əlavə axtarış olmadan mümkün olur.

“Mühəndislər deyir ki, bu, təhlükəsizliyə təsir edən kiçik bir rahatlıqdır. Kritik anda saniyələr böyük rol oynayır və həmin düymə onları boşuna itirməməyə kömək edir.(lent.az)

Chosen
10
2
avtosfer.az

3Sources