EN

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib.

Bakues.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib.

“İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq”, – o qeyd edib.

Chosen
46
11
icma.az

10Sources