"İmişli" klubu növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, bölgə klubu Edvin Banqeranı sıralarına cəlb edib. Kolumbiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.