EN

İran XİN-dən Ukraynanın qərarına etiraz

“Ukrayna tərəfindən İranla diplomatik pasporta sahib vətəndaşlar üçün vizasız səfərlər barədə memorandumun dayandırılması beynəlxalq hüquqa və ölkələr arasında ikitərəfli sazişlərə ziddir”.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib.

Onun sözlərinə görə, Tehran bununla bağlı cavab tədbirləri görəcək: “Bu addıma bəraət qazandırmaq olmaz. Məsələ burasındadır ki, Ukrayna hökuməti son illər İranın Ukrayna ilə münaqişədə Rusiyanı dəstəkləməsi ilə bağlı yalan məlumatlara görə anti-İran yanaşmasını davam etdirir. Biz bu məsələnin detallarını öyrənirik və cavab tədbirləri hazırlayacağıq”.

Qeyd edək ki, İran və Ukrayna arasında diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş barədə Anlaşma memorandumu 1993-cü il martın 15-də imzalanıb. Ukrayna hökuməti ötən həftə sənədi ləğv edib.

"Cebheinfo.az" 

Chosen
28
6
cebheinfo.az

7Sources