EN

Pezeşkian Belarusa daha çox silah, texnika almaq məqsədi ilə getmişdi... - Sabiq səfir

Yazını böyüt
Yazını kiçilt

“Bildiyiniz kimi, rəsmi məlumatlarda deyilir ki, İran Prezidenti Məsud Pezeşkianın Minskə səfəri zamanı iki ölkənin yüksək səviyyəli nümayəndələri 12 əməkdaşlıq sənədi imzalayıblar: siyasət, beynəlxalq hüquq, turizm, mədəniyyət, media, səhiyyə, əczaçılıq, sənaye, ətraf mühit, sənaye və xüsusi iqtisadi zonalar, habelə investisiyalar sahələrində əməkdaşlığa dair... Yəni Pezeşkianın Minskdən Tehrana gətirdiyi rəsmi qazanc budur. Bir də o, həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib ki, İran və Belarus BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində konstruktiv əməkdaşlığı daha da gücləndirə bilər”.

Bunu hafta.az-a açıqlamasında “İran prezidenti cənab Məsud Pezeşkiyanın Belarusa son səfəri haqda nə deyə bilərsiz? Səfərdə əsas məqsəd nə idi və İran prezidenti Tehrana hansı qazancla döndü?” suallarını cavablandıran Azərbaycanın İrandakı sabiq səfəri Abbasəli Həsənov söyləyib.

“Amma mənim bildiyimə görə, İran prezidentinin Belarusa səfərinin və Lukaşenko ilə görüşlərinin məqsədi daha çox silah və hərbi avadanlıq məsələləri ilə bağlı olub. Yəni İranın ehtiyacı olan və Belarusun verə biləcəyi hansısa silah, avadanlıq və ya texnikaların çatdırılması haqda söhbətlər gedib. Hələ mən İranda işlədiyim 1998-2009-cu illərdə də İranla Belarus arasında həm iqtisadi, həm də hərbi sahədə xeyli ticari əlaqələr və normal əməkdaşlıq mövcud idi. Və indi də həmin əməkdaşlıq davam edir. Lakin öncə dediyim kimi, İran artıq növbəti dəfə real müharibəyə hazırlaşdığı üçün Belarusla da əlaqələri əsasən hərbi sahəyə köklənib”, -deyə davamında diplomat vurğulayıb.

Chosen
2
1
hafta.az

2Sources