AZ

Pezeşkian Belarusa silah üçün getmişdi - Sabiq səfir

Yazını böyüt
Yazını kiçilt

“Rəsmi məlumatlarda deyilir ki, İran Prezidenti Məsud Pezeşkianın Minskə səfəri zamanı iki ölkənin yüksək səviyyəli nümayəndələri 12 əməkdaşlıq sənədi imzalayıblar: siyasət, beynəlxalq hüquq, turizm, mədəniyyət, media, səhiyyə, əczaçılıq, sənaye və s. Yəni Pezeşkianın Minskdən Tehrana gətirdiyi rəsmi qazanc budur. Bir də o, həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib ki, İran və Belarus BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində konstruktiv əməkdaşlığı daha da gücləndirə bilər”.

Bunu Hafta.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfəri Abbasəli Həsənov söyləyib.

“Amma mənim bildiyimə görə, İran Prezidentinin Belarusa səfərinin və Lukaşenko ilə görüşlərinin məqsədi daha çox silah və hərbi avadanlıq məsələləri ilə bağlı olub. Yəni İranın ehtiyacı olan və Belarusun verə biləcəyi hansısa silah, avadanlıq və ya texnikaların çatdırılması haqda söhbətlər gedib. Hələ mən İranda işlədiyim 1998-2009-cu illərdə də İranla Belarus arasında həm iqtisadi, həm də hərbi sahədə xeyli ticari əlaqələr və normal əməkdaşlıq mövcud idi. Və indi də həmin əməkdaşlıq davam edir. Lakin öncə dediyim kimi, İran artıq növbəti dəfə real müharibəyə hazırlaşdığı üçün Belarusla da əlaqələri əsasən hərbi sahəyə köklənib”, -deyə davamında diplomat vurğulayıb.

Seçilən
19
1
hafta.az

2Mənbələr