EN

İlham Əliyevin Vaşinqtona səfəri ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi - Nazir

 

Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təkan verdi.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, səfər çərçivəsində əldə olunmuş razılaşmalar Prezident İlham Əliyevin diplomatiyasının qələbəsinin növbəti bariz nümunəsidir:

"Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıqlar formalaşır. Bu münasibətlər son administrasiya dövründə xeyli zəifləsə də İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Səfər çərçivəsində iki ölkənin prezidentləri tərəfindən imzalanmış Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında razılaşma əldə edildi. Strateji işçi qrupu enerji, ticarət və regional anlaşma, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələri əhatə edir".

Chosen
15
1
missiya.az

2Sources