EN

Ceyhun Bayramov: Azərbaycan Ermənistan konstitusiyasında dəyişiklik edilməsini gözləyir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Nazir, həmçinin bildirib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla maneəsiz əlaqəsi xüsusilə vurğulanıb:

"Bu məqsədlə Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili birliyini və regional iqtisadi inteqrasiyanı təmin edir. Bu layihə, həmçinin regional ticarət və nəqliyyat imkanlarını genişləndirəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
14
oxu.az

10Sources