EN

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesində Türkiyənin xüsusi rolu olduğunu bildirib

Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan ədalətli sülhün əldə edilməsində maraqlıdır.

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu prosesdə Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir:

“Türkiyə Azərbaycanın haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləyib, proses zamanı əlaqələndirilmiş və sinxronlaşdırılmış addımlar müsbət töhfə verib. Türkiyənin fəal mövqeyi sabitliyin təmin olunmasında vacib rol oynayıb. Öz növbəmizdə biz də görülən tədbirlər barədə Türkiyə tərəfini mütəmadi məlumatlandırır, davamlı sülh istiqamətində birgə addımlayırıq”.

Chosen
33
10
azpost.info

10Sources