AZ

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesində Türkiyənin xüsusi rolu olduğunu bəyan edib

Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan ədalətli sülhün əldə edilməsində maraqlıdır.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu prosesdə Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir:

“Türkiyə Azərbaycanın haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləyib, proses zamanı əlaqələndirilmiş və sinxronlaşdırılmış addımlar müsbət töhfə verib. Türkiyənin fəal mövqeyi sabitliyin təmin olunmasında vacib rol oynayıb. Öz növbəmi biz də görülən tədbirlər barədə Türkiyə tərəfini mütəmadi məlumatlandırır vı davamlı sülh istiqamətində birgə addımlayırıq ”.

Seçilən
18
10
apa.az

10Mənbələr