EN

Xüsusi nümayəndə: Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün tarixi təcridin ləğvi olacaq

Naxçıvan nəqliyyat dəhlizi üçün hazır vəziyyətə gətirilməlidir.

 

Pravda.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

 

O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın tarixi təcridi bitəcək: “Zəngəzur dəhlizi həm də Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə həyata keçirməsinə kömək edəcək. Bu dəhliz Azərbaycanın iqtisadi gücünü artıracaq yeni mərhələnin başlanğıcı olacaq”.

 

Fuad Nəcəfli qeyd edib ki, Naxçıvan sakinləri Azərbaycanın əsas hissəsi ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün yaxınlaşmasından böyük sevinc hissi duyur: “Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin ləğvi olacaq”.

Tarix: 26 Avqust 2025, 16:22   
Chosen
3
17
pravda.az

10Sources