EN

İlon Maskın şirkəti Azərbaycana hesabat verəcək

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Starlink Azerbaijan” MMC fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməli olacaq.

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, İKTA əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan”ın nümayəndələri iştirak ediblər. İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər.

Görüşdə peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti barədə “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, “Starlink” şirkətinin sahibi amerikalı milyarder İlon Maskdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
20
modern.az

10Sources