Demokrat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, İKTA əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan”ın nümayəndələri iştirak ediblər. İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər.
Görüşdə peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.
Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti barədə “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, “Starlink” şirkətinin sahibi amerikalı milyarder İlon Maskdır.
10Mənbələr
-
banker.az“Starlink” Azərbaycandakı fəaliyyəti ilə bağlı hesabat təqdim etməli olacaq ( 20723691)
-
azerbaijan-news.az“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb ( 20721255)
-
cebheinfo.az“Starlink” Azərbaycandakı fəaliyyəti ilə bağlı hesabat təqdim etməli olacaq ( 20720253)
-
azertag.az“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb ( 20720112)
-
fed.az“Starlink” Azərbaycandakı fəaliyyəti ilə bağlı hesabat təqdim etməli olacaq ( 20719233)
-
marja.azAzərbaycan "Starlink"dən hesabat tələb edir ( 20718897)
-
hafta.azBu şirkət Azərbaycana hesabat VERƏCƏK ( 20718114)
-
news365.azİlon Maskın şirkəti Azərbaycana hesabat verəcək ( 20717910)
-
demokrat.azİlon Maskın şirkəti Azərbaycana hesabat verəcək ( 20717892)
-
baku.newsİlon Maskın şirkəti Azərbaycana hesabat verəcək ( 20717532)