EN

İran: "3+3" formatı Cənubi Qafqazda uğurlu təcrübədir"

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bugünkü mətbuat konfransındakı çıxışında "3+3" formatının Cənubi Qafqazda regional münaqişələrin həlli üçün uğurlu təcrübə olduğunu bildirib.

XİN təmsilçisi deyib:  "Cənubi Qafqaz ölkələri transregional müdaxilənin qarşısını almaq üçün regional mexanizmləri gücləndirməlidir və İran bu istiqamətdə fəal işləyir... 3+3 formatı Cənubi Qafqazda tarixi formatdır. Bu format Azərbaycan və Ermənistanın da daxil olduğu region ölkələri ilə Cənubi Qafqazı əhatə edən dövlətlər arasında məsləhətləşmələr aparmaq üçün yaradılıb. Bu günə qədər müxtəlif ölkələrdə çoxlu görüşlər olub və ilk görüşlərdən biri Tehranda keçirilib. Bu mexanizm xüsusən də, Azərbaycanla Ermənistan arasında mübahisələrin həllinə kömək edən regional platforma kimi özünü doğruldub".

Hürr Tərcüman 

Chosen
40
6
hurriyyet.az

7Sources