"Borussiya" baş məşqçi Niko Kovaçla müqaviləni uzadıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2027-ci ilə qədər qüvvədədir.
Xorvatiyalı mütəxəssis 2025-ci ilin yanvarında "Borussiya"nı qəbul edib. Onun rəhbərliyi altında komanda ötən mövsüm Bundesliqanı 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.