EN

Azərbaycanla İran arasında ticarət əməliyyatları artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslamRespublikası arasında ticarət əməliyyatlarının həcmi 353,4 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 6,3 milyon ABŞ dolları və ya 1,8% çoxdur.

Hesabat dövründə İran ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,22%-i həcmində olub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan İrana 6,9 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrüilə müqayisədə 798 min ABŞ dolları və ya 10,4% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında İrandanAzərbaycana 346,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 7,1 milyon ABŞ dolları və ya2,1% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Chosen
5
5
az.trend.az

10Sources