EN

Lökbatanda yaşayış binasında partlayış: Culfa sakini 10 gün sonra həyatını itirdi

Lökbatan qəsəbəsində baş verən partlayışda xəsarət alan Naxçıvan sakini 10 gün sonra ölüb.

Moderator.az "Report"a istinadla xəbər verir ki, avqustun 16-da Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verən partlayış nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonu Əbrəqunus kəndinin sakini Tofiq Mirbağır oğlu Seyidov xəsarət almışdı.

Bədəninin 75 faizində yanıq xəsarətləri olan T.Seyidov müalicə olunduğu özəl xəstəxanaların birində 10 gün sonra həyatını itirib.

Chosen
28
11
moderator.az

10Sources