EN

Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri bilindi

BAKI, 26 avqust. TELERAF

Avqustun 26-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Qızlar

44 kq, 1/16 final
Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)
Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)

48 kq, 1/32 final

Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)

48 kq, 1/16 final
Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)

52 kq, 1/32 final
Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)

57 kq, 1/16 final
Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)

70 kq, 1/16 final
Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)

Oğlanlar

50 kq, 1/16 final
Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)

50 kq, 1/8 final
Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə

55 kq, 1/16 final
Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)
Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)

60 kq, 1/32 final
Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)

60 kq, 1/16 final
Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə

73 kq, 1/16 final
Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə

+90 kq, 1/8 final
Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə

Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Gürcüstan

Chosen
18
11
teleqraf.com

10Sources