EN

İspaniya hökuməti daşqınlar və meşə yanğınları nəticəsində zərər çəkmiş əraziləri fəlakət zonası elan edib


İspaniyada azlıqda olan solçu koalisiya hökuməti yay daşqınları və meşə yanğınlarından zərər çəkmiş əraziləri fəlakət bölgəsi elan etmək qərarına gəlib.Nazirlər Şurasının qəbul etdiyi qərardan sonra hökumət sözçüsü və təhsil və idman naziri Pilar Alegria mətbuata açıqlama verərək, iyunun 23-dən bəri sel suları altında qalan ərazilərin və avqustun əvvəlindən bəri meşə yanğınları nəticəsində zərər görən ərazilərin fəlakət bölgəsi elan edildiyini açıqlayıb.

İspaniyada davam edən meşə yanğınları nəticəsində 407 min hektardan çox ərazi məhv olub.

Aleqria qeyd edib ki, İspaniyanın 17 muxtar icmasından 16-sı fəlakət bölgələrində yerləşir.

Daxili İşlər Naziri Fernando Qrande Marlaska meşə yanğınlarının ölkə tarixində ən böyük yanğın olduğunu vurğulayaraq, zərər çəkmiş əraziləri fəlakət bölgəsi elan etməklə, bu böyük fəlakətdən zərər çəkənlərin qanunun tələb etdiyi kimi, haqqı olan yardımı tələb edə biləcəklərini bildirib.

Marlaska, hazırda 15 yerdə böyük yanğınların davam etdiyini bildirərək, fövqəladə vəziyyətin hələ də davam etdiyini vurğuladı. O, hər kəsi ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

İspaniyada fəlakət zonaları ilə bağlı qüvvədə olan qanuna əsasən, fərdlərə ilkin yaşayış yerlərinə və əsas tələbat mallarına dəyən ziyana görə maliyyə yardımı verilir, yerli hökumətlər onların hərəkətləri nəticəsində çəkdikləri xərclərə görə kompensasiya olunur, həmçinin şəxsi yardım və ya mallar təqdim edən şəxslərə və təşkilatlara dəstək verilir.

Təkcə avqust ayında İspaniyada 370 min hektardan çox meşəlik və kənd ərazisi külə dönüb.

aia.az
Tərcümə şöbəsi



Chosen
19
aia.az

1Sources