EN

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bəlli olub

Avqustun 26-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Yarışın təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 17:30-dan etibarən start götürəcək.

Qızlar

44 kq, 1/16 final

Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)

Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)

48 kq, 1/32 final

Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)

48 kq, 1/16 final

Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)

52 kq, 1/32 final

Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)

57 kq, 1/16 final

Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)

70 kq, 1/16 final

Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)

Oğlanlar

50 kq, 1/16 final

Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)

50 kq, 1/8 final

Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə

55 kq, 1/16 final

Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)

Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)

60 kq, 1/32 final

Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)

60 kq, 1/16 final

Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə

73 kq, 1/16 final

Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə

+90 kq, 1/8 final

Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan – Gürcüstan

Olimpiya çempionlarımız Qarabağa səfər ediblər - FOTO

Dünya çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib

Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək

Millimiz təlim-məşq toplanışına start verib

Təmsilçimiz Latviya klubunda

Chosen
25
11
apasport.az

10Sources