EN

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Bakı, 26 avqust, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, püşkatmada cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Yarışın təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 17:30-da başlayacaq.

Qızlar

44 kiloqram, 1/16 final

Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)

Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)

48 kiloqram, 1/32 final

Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)

48 kiloqram, 1/16 final

Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)

52 kiloqram, 1/32 final

Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)

57 kiloqram, 1/16 final

Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)

70 kiloqram, 1/16 final

Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)

Oğlanlar

50 kiloqram, 1/16 final

Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)

50 kq, 1/8 final

Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə

55 kiloqram, 1/16 final

Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)

Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)

60 kiloqram, 1/32 final

Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)

60 kq, 1/16 final

Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə

73 kiloqram, 1/16 final

Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə

90 kiloqram, 1/8 final

Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan – Gürcüstan

Chosen
24
11
azertag.az

10Sources