EN

“Zirə”nin futbolçusu əməliyyat olundu

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Sitat.info xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. 

Bildirilib ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Qeyd edək ki, Rövlan Muradov cari mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.

Chosen
39
25
sitat.info

10Sources