EN

İmamoğlunun vəkili də saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun vəkili Nusret Yılmaz Trabzonda “rüşvətxorluğa vasitəçilik etmək” ittihamı ilə saxlanılıb. 

Sitat.info CNN Türk-ə istinadən xəbər verir ki, vəkil polisin müşayəti ilə Trabzondan İstanbula gətirilib.

Qeyd edək ki, bu il yanvarın 20-də Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu müddətdə İstanbul baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələr səbəbilə “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizədə əməyi olan şəxsləri hədəf almaq” maddələri ilə ittiham edilib.

İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. O, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” maddəsi ilə ittiham olunduğu iş üzrə isə bəraət alıb.

Chosen
19
2
sitat.info

3Sources