ain.az, Avtosfer saytına istinadən bildirir.
Çinin BYD avtomobil markası "Yangwang U9" modelinin 472,41 km/saat həddinə çatdığını və bununla da onun dünyanın ən sürətli elektrik avtomobili olduğunu açıqlayıb. O, sadəcə olaraq az fərqlə Bugatti Chiron Super Sport 300+ (490 km/saat) və SSC Tuatara (474,8 km/saat) uduzur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilir ki, rekord Almaniyanın Papenburq şəhərindəki ATP (Automotive Testing Papenburg) sınaq poliqonunda hələ satışa çıxarılmamış U9 Track Edition modifikasiyasının prototipindən istifadə edilərək qeydə alınıb.
Sükan arxasında alman yarış pilotu Mark Basseng olub. O, həmçinin elektrik avtomobilləri üzrə əvvəlki dünya sürət rekorduna sahibdir (2024-cü ilin iyununda Aspark SP600 prototipində 438,7 km/saat).
Bununla belə, CarNewsChina-nın qeyd etdiyi kimi, Yangwang U9 Track Edition sırf texniki baxımdan dünyanın ən sürətli elektrik avtomobili sayıla bilməz. Məsələn, hələ 2016-cı ildə Ohayo Dövlət Universitetinin mühəndisləri yalnız yüksək sürətli düz xətt yarışları üçün yaradılmış Venturi Buckeye Bullet 3 prototipini 549,4 km/saata qədər sürətləndirə bilmişdilər.(ikisahil)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.