EN

Azərbaycanda Koreya texnologiya şirkətlərinin nümayəndəliklərinin açılması imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-ninTəşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoruÇhanqhi Li ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycandarəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətindəgörülən işlər barədə məlumat verib.

Nazir müavini bildirib ki, 2025-ci ildə bu sahədə iki millistrategiya - “Azərbaycan Respublikasında Rəqəmsal İnkişafKonsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illərüçün süni intellekt Strategiyası” qəbul edilib.

Eyni zamanda, görüşdə iki ölkə arasında telekommunikasiya,kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması,təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirəedilib.

Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdənümayəndəliklərinin açılması, bilikəsaslı birgə müəssisələrinyaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda
Azərbaycanda
Chosen
12
7
az.trend.az

8Sources