AZ

Koreya texnologiya şirkətlərinin ölkəmizdə nümayəndəliklərinin açılması müzakirə edilib

Bakı, 26 avqust, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru Çhanqhi Li iləgörüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini bildirib ki, 2025-ci ildə bu sahədə iki milli strategiya - “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib.

Eyni zamanda, görüşdə iki ölkə arasında telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması, təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdə nümayəndəliklərinin açılması, bilik əsaslı birgə müəssisələrin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Seçilən
7
7
azertag.az

8Mənbələr