EN

Fransa öldürülən kralın kəlləsini Madaqaskara qaytarıb

Müstəmləkə dövründə müharibə zamanı fransız əsgərləri tərəfindən öldürülən Malaqas kralının kəllə sümüyü Madaqaskara qaytarılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Kral Toeranın və onun sarayının digər iki üzvünün kəllə sümüyünün təhvil verilməsi Parisdə Mədəniyyət Nazirliyində keçirilən mərasimdə baş tutub.

Kəllələr 19-cu əsrin sonlarında Fransaya gətirilib və Parisdə Təbiət Tarixi Muzeyində saxlanılıb.

Təxminən 130 il sonra kralın nəslinin nümayəndələrinin və Madaqaskar hökumətinin təzyiqi kəllə sümüyünün qaytarılmasına yol açıb.

Madaqaskarın mədəniyyət naziri Volamiranty Donna Mara təhvil mərasimində çıxış edərək onların qaytarılmasının “əhəmiyyətli bir jest” olduğunu qeyd edib.

1897-ci ilin avqustunda Fransa qoşunları qərbi Madaqaskardakı Menabé krallığını işğal etmək məqsədilə yerli xalqa hücum edib. Döyüşdə öldürülən kral Toeranın başı Parisə göndərilərək indiyədək Milli Təbiət Tarix Muzeyində saxlanılıb.

Chosen
3
4
nocomment.az

5Sources