AZ

Fransa öldürülən kralın kəlləsini Madaqaskara qaytarıb

Müstəmləkə dövründəki müharibə zamanı fransız əsgərləri tərəfindən öldürülən Malaqas kralının kəllə sümüyü Madaqaskara qaytarılıb.

APA xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Kral Toeranın və onun sarayının digər iki üzvünün kəllə sümüyünün təhvil verilməsi Parisdə Mədəniyyət Nazirliyində keçirilən mərasimdə baş tutub.

Kəllələr 19-cu əsrin sonlarında Fransaya gətirilib və Parisdə Təbiət Tarixi Muzeyində saxlanılıb.

Təxminən 130 il sonra kralın nəslinin nümayəndələrinin və Hind Okeanı ölkəsinin hökumətinin təzyiqi kəllənin qaytarılmasına yol açıb.

Madagaskarın mədəniyyət naziri Volamiranty Donna Mara təhvil mərasimində çıxış edərək onların qaytarılmasının "əhəmiyyətli bir jest" olduğunu qeyd edib.

1897-ci ilin avqustunda Fransız qoşunları qərbi Madaqaskardakı Menabé krallığını işğal etmək məqsədilə yerli xalqa hücum edib. Döyüşdə öldürülən kral Toera başı Parisə göndərilərək indiyədək Milli Təbiət Tarix Muzeyində saxlanılırdı.

Seçilən
14
4
apa.az

5Mənbələr