EN

Ofisiant həbsdən adam "azad" etdirirmiş: Beş minlik dələduzluq

Quba rayonunda fəaliyyət göstərən restoranlardan birində Tural adlı ofisiant dələduzluq əməlinə görə həbs edilib.

Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, o, zərərçəkmişə bacısı oğlunu həbsdən azad etdirəcəyi barədə vəd verərək 5 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Tural saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmədə Tural özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, qeyd edib ki, zərərçəkəndən aldığı pulu şəkər xəstəliyindən əziyyət çəkən azyaşlı övladının müalicəsinə xərcləyib.

Məhkəmənin hökmü ilə Turala 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Chosen
25
3
moderator.az

5Sources