Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasınn mədəniyyət naziri Məhəmməd Yasin Salehlə görüşüb.
Referans xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında yazılıb.
"İki dost ölkə olan Azərbaycan və Suriya arasında mədəni əlaqələrin canlandırılması, 12 illik boşluğun doldurulması baxımından zəruri məsələdir. Suriya Ərəb Respublikasınn mədəniyyət naziri Məhəmməd Yasin Salehlə dost xalqlarımız arasında məsafəni yaxınlaşdıracaq layihələrin və konstrukriv fikirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün Mədəniyyət Nazirlikləri arasında birbaşa təmasın qurulmasına dair razılığa gəldik", - paylaşımda bildirilib./publika.az