AZ

Azərbaycan və Suriya mədəniyyət sahəsində birbaşa təmasın qurulmasında razılaşıblar

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının mədəniyyət naziri Məhəmməd Yasin Salehlə görüşüb.

Bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat verilib.

Səfirliyin paylaşımında bildirilir ki, iki dost ölkə olan Azərbaycan və Suriya arasında mədəni əlaqələrin canlandırılması, 12 illik boşluğun doldurulması baxımından zəruri məsələdir:

“Suriya Ərəb Respublikasının mədəniyyət naziri Məhəmməd Yasin Salehlə dost xalqlarımız arasında məsafəni yaxınlaşdıracaq layihələrin və konstruktiv fikirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün Mədəniyyət Nazirlikləri arasında birbaşa təmasın qurulmasına dair razılığa gəldik”.

Oxu.az

Seçilən
24
19
editor.az

10Mənbələr