EN

Merz Putin və Zelenski görüşməsə, sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib

Merz Putin və Zelenski görüşməsə, sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyəcəyi təqdirdə Qərbin Rusiyaya qarşı sanksiyaları artırmağa hazır olduğunu bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Berlində Kanadanın baş naziri Mark Karni ilə keçirdiyi mətbuat konfransında Merz deyib: "Artıq növbə Moskvanındır. Rusiya tərəfdən belə bir addım atılmasa, o zaman təzyiqləri artırmaq lazım gələcək. Avropa İttifaqında yeni sanksiyalar üzərində işləyirik. ABŞ prezidenti Donald Tramp da yeni cəza tədbirlərini istisna etməyib".

Kansler həmçinin qeyd edib ki, Tramp bu halda üçtərəfli formatda – Putin, Zelenski və özü arasında danışıqlar keçirilməsini təklif edib. Onun sözlərinə görə, "Bu, məntiqli növbəti addım olardı".

Chosen
10
afn.az

1Sources