EN

Klemens Ridel “Espanyol”da

Almaniyanın “Darmştadt” klubunun mərkəz müdafiəçisi Klemens Ridel bundan sonra “Espanyol”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

La Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 2 milyon avro ödəyib. 22 yaşlı almaniyalı futbolçu yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.

Ridel “Darmştadt”ın yerirməsidir. O, sözügedən klubun əsas komandasında 84 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

Müdafiəçi Almaniyanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Chosen
95
20
arena.az

10Sources