EN

"Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

"Ferentsvaroş" komandası Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib.

Publika.az xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".

Chosen
13
13
publika.az

10Sources